Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Meksikanın xarici işlər naziri Alisiya Barsena ilə görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Görüşdə iki ölkə arasında elm, səhiyyə, mədəniyyət, təhsil, idman və turizm sahələrində əlaqələrin inkişafı üçün mövcud imkanların araşdırılmasının zəruriliyi vurğulanıb.
Ceyhun Bayramov həmçinin həmkarına Azərbaycanın COP29-a sədrliyi barədə məlumat verib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ