Onlayn ictimai-siyasi qəzet
Amerikalı milyarder Den Fridkin İngiltərənin “Everton” futbol klubunun 94 faizini iş adamı Fərhad Moşirinin “Blue Heaven Holdings” şirkətindən almaq barədə razılığa gəlib. Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, alqı-satqının dəyəri açıqlanmayıb.
Football Benchmark analitik şirkəti yanvarda klubun dəyərini komanda borcu da daxil olmaqla 474 milyon funt sterlinq (632,7 milyon dollar) qiymətləndirib.
Müqavilə Böyük Britaniyanın futbol və maliyyə tənzimləyiciləri tərəfindən təsdiqlənməlidir.
Daha əvvəl "Everton"un 777 Partners investisiya fonduna 550 milyon funta satılacağına dair məlumat yayılmışdı. Lakin sövdələşmə baş tutmadı və Fridkin komandanı almaq üçün amerikalı iş adamı Con Textorla yarışdı. Textor “Everton” üçün mübarizədən kənardadır, çünki o, “Crystal Pelace” komandasında pay sahibidir və İngiltərə Premyer Liqasının qaydaları bir nəfərin eyni anda iki klubda pay sahibi olmasını qadağan edir.
Fridkin 2020-ci ildən İtaliyanın "Roma" klubunun sahibidir. Ötən mövsüm baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında komanda Konfrans Liqasının qalibi olmuşdu.
“Everton” İngiltərənin ən qədim futbol klublarından və İngiltərə futbolunun yüksək divizionunu heç vaxt tərk etməyən azsaylı komandalardan biridir. Ötən mövsüm klub maliyyə feyr-pley qaydalarını pozduğuna görə səkkiz xalla cəzalandırılıb və çempionatı 15-ci yerdə başa vurub. Bu mövsüm klub 5 oyundan cəmi bir xalla 19-cu yerdədir.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ