Onlayn ictimai-siyasi qəzet
Türk mühəndislər tərəfindən hazırlanmış elektrikli avtomobil olan TOGG, Türkiyə İnnovasiya həftəsində diqqətləri üzərinə çəkib.
Bu barədə TurkicWorld-a şirkətdən özəl olaraq bildirilib.
"İndiyədək 12 mindən çox avtomobil istehsal olunub. TOGG T10X-in ilk versiyası 0-dan 100 km/saat sürətə 7,6 saniyəyə çata bilir. TOGG T10X batareyası sürətli doldurma stansiyalarında 28 dəqiqədən az müddətdə 20 faizdən 80 faizə qədər doldurula bilər. İndiyədək istifadəçilərə 12 mindən çox TOGG smart avtomobili təqdim edilib. 2024-cü ildə Togg-u bütün dünyaya ixrac etməyi hədəfləyirik",- deyə məlumatda bildirilib.
Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.
TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib.//Trend.az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ