Onlayn ictimai-siyasi qəzet
Sentyabr ayında Rusiyanın Ukraynaya hücumlarının sayı avqustla müqayisədə 36 faiz artıb.
Musavat.com xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, bu dövrdə Rusiya Ukrayna ərazisinə 5638 uzaqmənzilli pilotsuz uçuş aparatı (PUA) və 185 raket buraxıb.
Müharibənin başlanmasından bəri ən böyük hücum isə 6-7 sentyabr gecəsi qeydə alınıb.
Həmin gecə Ukraynaya eyni vaxtda 810 pilotsuz təyyarə göndərilib.
Ukraynanın hava hücumundan müdafiə qüvvələri sentyabrda düşmənin pilotsuzlarının 87 faizini, raketlərin isə 68 faizini vuraraq zərərsizləşdirib.
Eyni zamanda, avqust ayında Rusiyanın zərbələrinin sayı iyulla müqayisədə üçdə bir azalıb. Bu, ABŞ prezidenti Donald Trampın sülh təşəbbüsləri çərçivəsində diplomatik səyləri fonunda baş verib.
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ