Onlayn ictimai-siyasi qəzet
Tərəflər arasında əsas prinsiplər üzrə razılıq olmadığı halda sülh sənədini imzalamaq qeyri-mümkündür.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın müxalifətdə olan “Ermənistan” fraksiyasının deputatı, revanşist siyasətçi Artur Xaçatryan jurnalistlərə açıqlamasında bildirib.
Xaçatryanın sözlərinə görə, 2018–2020-ci illərdə baş nazir Nikol Paşinyan cəmiyyəti aldatmaqla “danışıqlar deyil, sadəcə görüşlərdir” iddiası ilə Qarabağ məsələsi üzrə proseslərdə iştirak edib. Onun iddiasına əsasən, nəticədə ortaya elə bir sənəd çıxıb ki, hər kəs onu fərqli şərh edir.
Deputat vurğulayıb ki, bu, gerçək sülh sayıla bilməz.
Xaçatryan belə bir vəziyyətdə “sülh” anlayışının sadəcə illüziya olduğunu iddia edib.
Musavat.com
02 Oktyabr 2025
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ