İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azeri Light neftinin qiyməti niyə çökdü? – Adnan Əhmədzadənin xəyanəti, Kremllə iş birliyi...

"Adnan Əhmədzadənin Azərbaycana qarşı geostrateji silah kimi istifadə olunmasına, sanki anti-Azərbaycan casusu kimi yetişdirilməsi ilə tamamlanıb".

Bu barədə məlumat Musavat.com-da dərc olunan analitik materialda yer alıb.

Məqalədə qeyd olunur:

"Rusiya kəşfiyyatının təsiri altında trans-milli iqtisadi cinayətkar şəbəkənin fəal üzvünə çevrilmiş Əhmədzadə pul və sərvət, lüks həyat, dəbdəbəli rifah və gözqamaşdıran karyera naminə Azərbaycana xəyanət edib. Onun bu xəyanəti qlobal bazarda ən keyfiyyətli və yüksəl alıcı bazası toplamış “Azeri Light” neftinin və Azərbaycan neft sənayesinin etibarlılığına və bazar şəffaflığına kölgə salıb. Bu fraqmentasiyalar nəticəsində “Azeri Light” markalı neftin qiymətinin 75 dollardan 68,31 dollara düşüb. Bu, bir barel üçün 6,69 dollar azalma deməkdir. Nəticədə Azərbaycanın ixrac gəlirləri 2,01 milyard dollar azalaraq ölkənin ÜDM-nin təxminən 0,9 faizini təşkil edib. istinad

Adnan Əhmədzadənin qoşulduğu şəbəkənin cinayət sxemi təbii ki, bu şəxsin “zəkası və bacarığı” ilə tərtib edilə bilməz və digər tərəfdaşlarının iştirakını Azərbaycanın müvafiq dövlət orqanlarının apardıqları dəqiq və böyük miqyaslı təhqiqatlar nəticəsində görmək mümkün olacaq. Hətta Rusiyanın media təşviqatçıları belə “çirkli neft oyunları”nın Kremldən idarə olunmasına və Azərbaycana dəyə biləcək zərərlərin “mühasibatlığını” hazırlayıb. Məsələn, Rusiyanın trol eksperti kimi tanınan, bloger Yuri Podolyaka davamlı olaraq yazılarında Azərbaycanın enerji siyasətini gözdən salmağa çalışmış, Bakının neft ixracında “problem” yaşadığını xatırlatmaqla mənbənin hara bağlı olmasına işarə vermişdir. Ona bu məlumatların sözsüz ki, A. Əhmədzadənin ortaq olduğu, Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olan cinayətkar şəbəkədən sızdırılması istisna deyil. Podolyaka “zərgər dəqiqliyi” ilə Azərbaycana dəyən zərərin miqdarını da hesablayıb. “Ekspertin” hesablamalarına görə, Azərbaycanın iqtisadi itkiləri təxminən 420-770 milyon dollar təşkil edir. Belə ki, avropalı tərəfdaşların beş neft yükünün emalından imtinası 350 milyon dollar, “çirklənmiş” neft tankerinin dayanması 70 milyon dollar, Ceyhan terminalından altı çatdırılmamış neft yükü 420 milyon dollar, SOCAR-ın gündəlik mənfəətinin 30 milyon dollar azalması sayəsində itkilər yaranıb".

Ətraflı linkdə

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR