İnsanlara hürriyət, millətlərə istiqlal!

TikTok öz sahibinə bu qədər qazanc gətirir – ŞOK MƏBLƏĞ

“TikTok”un sahibi olan Çin şirkəti “ByteDance Ltd” 2023-cü ilin birinci rübündə 6 milyard dollardan çox əməliyyat mənfəəti əldə edib.

Musavat.com xəbər verir ki, “The Wall Street Journal” şirkət işçiləri arasında bölüşdürülmüş maliyyə nəticələrinə istinadən yazır ki, bu, 2022-ci ilin birinci rübündən təxminən iki dəfə çoxdur. Bütövlükdə 2022-ci ildə şirkətin xalis mənfəəti 20 milyard dolları keçib, halbuki 2021-ci ildə 7 milyard dollardan çox əməliyyat zərəri ilə başa vurmuşdu.

Qeyd edək ki, “ByteDance”nin səhmləri açıq şəkildə satılmır və şirkət maliyyə nəticələrini açıqlamır.

WSJ-nin əldə etdiyi hesabata görə, “ByteDance”nin 2022-ci ildə gəliri 38 faiz artaraq 85,2 milyard dollara çatıb. Bu ilin yanvar-mart aylarında şirkət 24,5 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur.

Gəlirlərin artması ilə paralel olaraq şirkət xərclərini azaldır. Belə ki, 2022-ci ildə “ByteDance”nın marketinq xərcləri bir il əvvəlki 19,2 milyard dollarla müqayisədə 14,8 milyard dollara, tədqiqat və inkişaf xərcləri (R&D) 14,6 milyard dollardan 8,7 milyard dollara, ümumi və inzibati xərclər 8,3 milyard dollardan 4,5 milyard dollara qədər azalıb.

Mənbələrə görə, ByteDance öz səhmlərini mövcud işçilərdən bir səhm üçün 160 dollar qiymətə geri almağı təklif edib. Ümumilikdə, dövriyyədə olan təxminən 1,4 milyard səhm var və buna əsaslanaraq, şirkətin geri satınalma altındakı dəyəri bir il əvvəlki 300 milyard dollarla müqayisədə təxminən 224 milyard dollar təşkil edir.

Martın sonunda şirkətin ümumi aktivləri keçən ilin sonundakı 87,6 milyard dollar və 2021-ci ilin sonundakı 64,3 milyard dollara qarşı 95,5 milyard dollar qiymətləndirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR