İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhlükəsizlik kamerası hər şeyi qeydə aldı: indi bütün dünya bu iki gəncin VİDEOsuna baxır

İngiltərənin Newbury şəhərində bu ayın əvvəlində baş verən maraqlı, eyni zamanda təəssüf doğuran hadisə ictimaiyyətin və medianın diqqətini çəkib.

Musavat.com xəbər verir ki, təhlükəsizlik kamerasına düşən görüntülərdə, iki nəfər 22 yaşlı gəncin Britaniyada yaşayan uşaqların sevimli obrazı olan “Paddinqlton ayısı”nın heykəlini oturacaqdan qoparıb oğurladığı anlar açıq şəkildə əks olunub.

Hadisə ictimai skamyanın üzərində yerləşən dekorativ heykəllə bağlı baş verib.

Məhkəmə qərarına əsasən, həmin şəxslər “ictimai əmlaka qəsd və maddi ziyan yetirmə” maddəsi ilə təqsirli biliniblər və müvafiq cəza alıblar. Onların adları açıqlanmasa da, sosial şəbəkələrdə yayılan video geniş rezonans doğurub.

Qeyd edək ki, Paddinqlton ayısı – Britaniyada çox məşhur olan uşaq kitabı və film qəhrəmanıdır. Londonun müxtəlif yerlərində bu simvola aid bəzək və heykəllər mövcuddur və xüsusilə uşaqlar arasında sevgi ilə qarşılanır.

Hadisə Britaniya ictimaiyyətində narahatlıqla qarşılanıb və bəzi sakinlər bu cür simvolik fiqurların daha ciddi şəkildə qorunmasını tələb ediblər.

Musavat.com New York Times-in paylaşımına istinadən, dünyada məşhur olan həmin görüntüləri təqdim edir.

@@TVmusavat/111516@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR