İnsanlara hürriyət, millətlərə istiqlal!

10 illik tarix təkrarlanır – Ronaldo yenidən ermənilərə “şok” verdi - Video


Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yenidən Ermənistanın paytaxtı İrəvanda diqqət mərkəzinə düşüb. DÇ-2026-nın seçmə mərhələsində Ermənistan millisi ilə keçiriləcək oyundan öncə, Ronaldo İrəvandakı hotellərdən birində onunla şəkil çəkdirmək istəyən erməni azarkeşinə qarşı sərt hərəkət edib.

Musavat.com bildirir bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Yayılan görüntülərdə bir azarkeş portuqaliyalı ulduzun yanına qaçaraq selfie çəkdirmək istəyir. Lakin Ronaldo onu itələyir, mühafizəçiləri isə digər azarkeşlərin yanına yaxınlaşmasını əngəlləyir. Komandalar bu gün qarşılaşacaq, amma bu insident artıq sosial mediada gündəm olub.

Xatırladaq ki, 2015-ci ilin iyun ayında Ronaldoya qarşı Ermənistanda hörmətsizlik baş vermişdi. “Avro 2016” seçmə mərhələsi çərçivəsində keçirilən Ermənistan-Portuqaliya oyununda azarkeşlər Ronaldoya qarşı təhqir və təzyiqlər göstərmiş, “shame-shame” (“şərəfsiz”) qışqırıqları ilə Portuqaliya və Ronaldo tərəfdarlarını təhqir etmişdilər.

Lakin Ronaldo meydanda öz cavabını vermişdi – hat-trik edərək Portuqaliya yığmasını 3-2 hesabı ilə qələbəyə daşıyıb. Həmin hadisə uzun müddət müzakirələrə səbəb olmuşdu.

Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Portuqaliya yığmasının İrəvana gəlişi zamanı bir neçə erməni azarkeş, xüsusilə qızlar, Ronaldo ilə şəkil çəkdirmək və ya imza almaq istəsələr də, ulduz avtobusa daxil olaraq onları rədd etmişdi. Bu isə erməniləri özündən çıxartmışdı.

Ronaldonun ermənilərə qarşı münasibətləri uzun müddətdir diqqət mərkəzindədir. Azərbaycana isə sevgisi artıq bütün dünyaya məlumdur. Maraqlıdır ki, 2015-ci ildə ulduz və komanda yoldaşlarının “Bakı-2015” yazılan köynəklərlə Ermənistana ayaq basması barədə fotolar yayılmışdı.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR