İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! "Qiyamət savaşı" hər an başlaya bilər - Baydendən QORXUNC XƏBƏRDARLIQ

Demokratlar Partiyasının Nyu-Yorkda keçirilən ianə gecəsində çıxış edən ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putinin nüvə təhlükəsi ilə bağlı dünyaya xəbərdarlıq edib.

Musavat.com-un CNN-ə istinadən məlumatına görə, Bayden xəbərdarlıq edib ki, əgər Vladimir Putin Ukraynadakı müharibədə qalib gəlmək üçün taktiki nüvə silahından istifadə edərsə, dünya “armageddon”la (qiyamət savaşı) üzləşə bilər.

ABŞ prezidentinin sözlərinə görə, dünya 60 ildir nüvə fəlakətinə ən yaxın olan nöqtədədir:

"Biz Kennedi və Kuba raket böhranından sonra armageddon ehtimalı ilə heç üzləşməmişdik".

PUTİNƏ QARŞI ÇIXIŞ YOLU...

Digər tərəfdən, Ağ Ev Moskvanın nüvə hücumuna hazırlaşdığına dair heç bir işarə görmədiklərini açıqlayıb.

Bununla belə, Bayden bildirib ki, Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı quruda yeni qələbələr əldə etdikcə, Putinin buna necə cavab verəcəyini diqqətlə izləyir:

"Mən düşünmürəm ki, taktiki nüvə silahından istifadə etmək və müharibə ilə nəticələnməmək kimi bir şey var. Putin taktiki nüvə silahlarından, bioloji və kimyəvi silahlardan istifadə haqqında danışarkən "blef etmədiyini" vurğuladı. Çünki onun ordusu qeyri-adi dərəcədə zəif performans göstərir".

Bayden əlavə edib ki, onlar Putinə qarşı çıxış yolu tapmağa çalışırlar.

ABŞ, NATO və Aİ-nin ən böyük qorxularından biri Ukraynanın əks-hücumunu dayandırmaq üçün Rusiyanın qısamənzilli “taktiki” nüvə silahından istifadə etməsi və Kiyevi danışıqlara getməyə və ərazilərdən imtina etməyə məcbur etməsidir.

RUSİYA ABŞ-ı HƏDƏLƏDİ

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi çərşənbə axşamı Ukraynaya əlavə 625 milyon dollar hərbi yardım edəcəyini açıqlayıb.

Moskva əlavə hərbi yardım göndərilməsi qərarının "Rusiya ilə Qərb arasında birbaşa münaqişə təhlükəsini" artıracağı ilə bağlı xəbərdarlıq edib.

"ABŞ Ukraynadakı müharibəyə müdaxilə edərsə, Vaşinqtonu münaqişə tərəfi kimi qiymətləndirəcəyik. Ukrayna kütləvi qırğın silahlarından istifadə ilə bağlı risklər yaradır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə bağlı qabaqlayıcı tədbir görmək haqqında açıqlaması göstərir. ABŞ və müttəfiqləri Ukraynanı silahlandırmaqla beynəlxalq gərginliyin artmasına görə məsuliyyəti də öz üzərinə götürür", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR