İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Paris meri TƏXRİBATA əl atdı, Fransanın yükləri Laçına buraxılmadı - CANLI

Rusiya sülhməramlıları Bakıdan göndərilən yük avtomobillərinin buraxılmasını istəyirlər. Bunu Qarabağdakı separatçıların nümayəndəsi David İşxanyan deyib.

“Onlar bizimlə danışıqlar aparırlar. Yəqin ki, sülhməramlıların yeni komandanı ümumi vəziyyətdən məlumatlı deyil. Ümid edirik ki, danışıqlar qarşılıqlı anlaşma şəraitində başa çatacaq”, - İşxanyan bildirib.

Rusiya sülhməramlı qüvvələri Bakıdan göndərilən 40 ton unun Xankəndiyə buraxılmasını təklif edib. Lakin Qarabağdakı erməni quldurları onların bu təklifini qəbul etməyib. Qarabağdakı daşnakların başçısı David İşxanyan bildirib.

Onun sözlərinə görə, Bakıdan göndərilən humanitar yükün Xankəndiyə buraxılması məsələsi dünən Rusiya sülhməramlılarının komandanlığı ilə müzakirə olunub, lakin danışıqlar nəticə verməyib. David İşxanyan Rusiya sülhməramlı kontingentinin təzə komandanının Qarabağa yeni gəldiyini, vəziyyətlə yaxından tanış olmadığını da bildirib.

Qeyd edək ki, ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Un yüklənmiş avtomobillər Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir. Yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlıları ilə müzakirələr aparılır.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR