İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda soydaşlarımızın videosunu çəkən Babayan saxlanıldı və SƏRBƏST BURAXILDI - Bu şərtlə...

İrəvanın mərkəzindəki meydanda azərbaycanlıların “Qarabağ" mahnısını oxuduğu videonu yayan Qərib Babayan saxlanılıb və daha sonra sərbəst buraxılıb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Qeyd edilib ki, yanvarın 30-da videonu öz səhifəsində paylaşan “Müstəqil Strateji Araşdırmalar Mərkəzi”nin sahibi Qərib Babayan Ermənistan hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Qarib Babayan daha sonra məhkəmə zalından azadlığa buraxılıb.

O, inzibati nəzarətə götürülüb və onun ictimaiyyət qarşısında çıxış etmək hüququ məhdudlaşdırılıb.

Xatırladaq ki, İrəvanda Respublika meydanında "Anadır arzulara hər zaman Qarabağ", mahnısı oxuduğuna görə İran azərbaycanlısı saxlanılıb. Musavat.com Shamshyan.com xəbər portalının məlumatına əsasən bildirir ki, İran vətəndaşı olan soydaşımız xuliqanlıq bəhanəsi ilə Ermənistan polisi tərəfindən həbs edilib. (Ətraflı buradan oxu: https://musavat.com/news/pasinyan-o-azerbaycanlini-hebs-etdirdi-irevanin-merkezinde-qarabag-oxumusdu-tefsilat-ve-video_1141677.html

@@TVmusavat/107410@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

01 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR