İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzaya dəyən ziyan AÇIQLANDI

Qəzza rəsmiləri 2023-cü ilin oktyabrından bəri davam edən döyüşlər nəticəsində Fələstin anklavına dəyən birbaşa ziyanın 50 milyard dollardan çox olduğunu bildiriblər.

Musavat.com-un məlumatına görə, bu ilkin məlumatlar Qəzza hakimiyyətinin mətbuat xidməti tərəfindən öz Telegram kanalında yayımlanıb.

"Döyüşlər nəticəsində dəyən zərər ilkin olaraq 50 milyard dollardan çox qiymətləndirilir; müharibə Qəzzada həyatın bütün sahələrinə təsir edib", - sənəddə deyilir.

Qəzza rəsmiləri vurğulayır ki, anklavın sakinləri yalnız yaşayış binalarını deyil, həm də tibb müəssisələrini, məktəbləri, universitetləri, dini obyektləri və digər mühüm infrastrukturları yenidən qurmalı olacaqlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR