İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər Trampın təklifinə QARŞI ÇIXDI

Qətər ABŞ prezidenti Donald Trampın Qəzza zolağından evsiz fələstinlilərin ərəb ölkələrinə köçürülməsi təklifini dəstəkləmir.

Bunu Qətər hökumətinin başçısı, xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Əl Tani vurğulayıb ki, ölkəsi anklavın əhalisini dəstəkləmək üçün səyləri səfərbər etməyə hazırdır.

"Biz fələstinlilərin məcburi köçürülməsi və deportasiyasının qəti əleyhinəyik. Bizim təklifimiz aydındır və ötən gün Qahirədə keçirilən görüşdə də ifadə olunub", - qətərli nazir qeyd edib.

Xatırladaq ki, yanvarın 25-də ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirmişdi ki, İsrailin hərbi əməliyyatları nəticəsində evlərini itirmiş Qəzza zolağı sakinlərinin ərəb ölkələrinə köçürülməsini mümkün hesab edir. Söhbət Qəzza zolağından kənara köçürülməli olan 1,5 milyon insandan gedir.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR