Onlayn ictimai-siyasi qəzet
MHP Kütahya millət vəkili Ahmet Erbaş, iştirak etdiyi “Zəngəzur Dəhlizinin Strateji Əhəmiyyəti və Cənubi Qafqazın Gələcəyi” adlı paneldə bu layihə ilə bağlı vacib açıqlamalar verib.
“Zəngəzur Dəhlizi təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə üçün strateji əhəmiyyət daşıyır”
Musavat.com xəbər verir ki, Ahmet Erbaş Zəngəzur Dəhlizinin əhəmiyyətinə xüsusi vurğu edərək, bu layihənin yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütün regionun gələcəyinə təsir edəcək strateji bir addım olduğunu bildirib.
O, Azərbaycanı birbaşa Türkiyə ilə birləşdirəcək bu yolun, Orta Asiyadan Avropaya qədər uzanan kritik bir keçid olduğunu qeyd edib.
“LOJİSTİK BAXIMDAN BÖYÜK ÜSTÜNLÜK”
Millət vəkili Ahmet Erbaş bildirib ki, Zəngəzur Dəhlizi Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirərək Türkiyə ilə fasiləsiz quru əlaqəsi yaradacaq.
Bu layihənin Ermənistanın Sünik bölgəsindən keçərək Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcəyini, bunun isə Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin edərək regional ticarət və logistika baxımından böyük üstünlük yaradacağını vurğulayıb.
“TARİXİ FÜRSƏT”
Ahmet Erbaş Zəngəzur Dəhlizinin təkcə iqtisadi deyil, həm də türk dünyasının birləşməsi baxımından tarixi bir fürsət olduğunu qeyd edib.
O bildirib ki, bu layihə yalnız Azərbaycanla Türkiyəni birləşdirməkdən ibarət deyil, eyni zamanda türk dünyasının siyasi və iqtisadi inteqrasiyasına da mühüm töhfə verəcək.
Erbaş qeyd edib ki, Zəngəzur Dəhlizinin açılması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da tez-tez vurğuladığı bir məsələdir və bu layihə türk dünyasının gücünü artıraraq bölgədəki sabitliyi möhkəmləndirəcək.
“TİCARƏT ASANLAŞACAQ”
Millət vəkili Erbaş Türk Dövlətləri Təşkilatı tərəfindən qəbul edilən Ankara Bəyannaməsində Zəngəzur Dəhlizinin açılmasının türk dünyasının birləşməsi üçün həyati əhəmiyyət daşıdığına dair vurğuların olduğunu bildirib.
O qeyd edib ki, Bəyannamədə Zəngəzur Dəhlizinin açılmasının türk dünyasının iqtisadi inteqrasiyasına böyük töhfə verəcəyi və ölkələr arasında ticarəti daha da asanlaşdıracağı qeyd edilib.
“İran üçün böyük strateji itki”
Ahmet Erbaş Zəngəzur Dəhlizinin açılmasının İran üçün böyük bir strateji itki olduğunu və bu layihə gerçəkləşdiyi halda Azərbaycanın İran üzərindən keçən tranzit yoluna ehtiyacının qalmayacağını bildirib.
O qeyd edib ki, İran hazırda Azərbaycan və Naxçıvan arasındakı nəqliyyat əlaqəsinə nəzarət edir, lakin Zəngəzur Dəhlizi istifadəyə verildikdən sonra Azərbaycanın İrana olan asılılığı tamamilə sona çatacaq.
“TÜRK DÜNYASININ BİRLƏŞMƏSİNƏ BÖYÜK TÖHFƏ VERƏCƏK”
Erbaş bildirib ki, İran bu layihəni Türkiyə və Azərbaycanın güclənməsi kimi dəyərləndirdiyi üçün sərt mövqe sərgiləyir.
Eyni zamanda İrandakı Azərbaycan türklərinin də bu prosesi yaxından izlədiyini və bu inkişafın İrandakı türk əhalisinin siyasi şüurunu artıracağını vurğulayıb.
Erbaş əlavə edib ki, Zəngəzur Dəhlizinin açılması Azərbaycanın ticarət imkanlarını genişləndirəcək və onu regional iqtisadiyyatın əsas oyunçularından birinə çevirəcək.
Türkiyə baxımından isə bu layihə ölkənin geosiyasi təsirini artıracaq və türk dünyasının birləşməsinə böyük töhfə verəcək.
“Zəngəzur Dəhlizi təkcə ticarət yolu deyil”
Lakin Ahmet Erbaş vurğulayıb ki, Zəngəzur Dəhlizi yalnız ticarət yolu deyil, həm də bölgədəki siyasi balansı birbaşa dəyişdirəcək bir faktordur.
O bildirib ki, Ermənistanın layihəyə qarşı tutumu burada mühüm rol oynayacaq, lakin alternativ yolların da nəzərdən keçirilə biləcəyini qeyd edib.
Musavat.com
03 Fevral 2025
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ