İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evin BU PLANI uğursuz olacaq - Ukraynadan SƏRT MÖVQE

"Ukrayna hakimiyyəti Ağ Evin planını “uğursuzluq” hesab edir".

Musavat.com bu barədə "Reuters"ə istinadən xəbər verir. 

Nəşrin məlumatına görə, Zelenskinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin bazar günü deyib ki, ABŞ Rusiya ilə atəşkəs sazişi bağladıqdan sonra Ukraynanı seçki keçirməyə çağırırsa, bu, “uğursuz plan” kimi görünür.

Bundan əvvəl prezident Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq agentliyə bildirib ki, Birləşmiş Ştatlar Ukraynada seçkilərin ola bilsin ki, ilin sonuna qədər keçirilməsini istəyir, xüsusən də Kiyev yaxın aylarda Rusiya ilə atəşkəs barədə razılığa gələ bilsə.

“Biz cənab Kelloqun tam müsahibəsini görməmişik, yalnız seçki ilə bağlı bir neçə sitat var, ona görə də onun mövqeyini tam qiymətləndirmək çətindir”, - deyə Litvin Reuters-ə yazılı cavabında qeyd edib.

“Ancaq onun planı yalnız atəşkəs və seçkilərdirsə, bu, uğursuz plandır – Putini yalnız bu iki şeylə qorxutmaq olmaz”. -, deyə Litvin cavabında bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR