Onlayn ictimai-siyasi qəzet
Ermənilər Kəlbəcər, Basarkeçər və Göyçə istiqamətində yeni atəş nöqtələrinin görüntüləri yayılıb.
Musavat.com "GSSR44"ə istinadən xəbər verir ki, ağır silahlar və digər məqsədlər üçün qazılmış nöqtələr şərti sərhədin bir neçə kilometrliyində yerləşir. Bu nöqtələrə dislokasiya olunan texnikalar əsasən Basarkeçər rayonunda yerləşən yeni hərbi hissədən və Zod kəndində yerləşən hərbi hissədən gəlir (zamanında Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmuşd).
Həmçinin qeyd edək ki, texnikalardan bəziləri maskalanıb. Ərazidə HHM sisteminin olması da istisna olunmur. Bu kimi atəş nöqtələri şərti sərhədin bütün istiqamətlərində qazılıb.
Təqdim etdiyimiz görüntülər sadəcə bir qismidir. Ermənistanın bu kimi fəalliyyətləri “atəş üstünlüyünün əldə olunması” və “revanşa hazırlaşmaq” kimi məqsədlərə işarə edir.
Həmin fotoları təqdim edirik.
03 Fevral 2025
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ