İnsanlara hürriyət, millətlərə istiqlal!

Şaraa niyə ilk olaraq Səudiyyəyə getdi? - Türkiyəyə bu tarixdə səfər edəcək (DETALLAR)

Suriyada keçid dövrünün prezidenti elan edilən Əhməd əş-Şaraa Səudiyyə Ərəbistanına ilk xarici səfərindən sonra Türkiyəyə səfər edəcək. əş-Şaraanın Ankaraya səfərinin fevralın 4 və ya 5-də baş tutacağı gözlənilir.

Musavat.com xatırladır ki, əş-Şaraa keçid dövrünün dövlət başçısı elan edildikdən sonra Suriyaya səfər edən ilk xarici qonaq Türkiyənin Yaxın Şərqdəki əsas müttəfiqi Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani olub.

əş-Şaraaya görə Səudiyyə Ərəbistanı birinci, yerdə qalanlar isə ikinci yerdədir

Syria's new leader al-Sharaa meets Saudi crown prince on first trip abroad

Suriyanın formalaşmış tarixi və diplomatik ənənələrini nəzərə alaraq, əş-Şaraanın müvəqqəti xarici işlər naziri Əsəd əl-Şeybani ilə birlikdə ilk xarici səfəri Səudiyyə Ərəbistanına olub. Səfər Suriyanın yeni administrasiyasının regional diplomatiyada ilk addımı kimi qiymətləndirilir.

Syrian interim President Sharaa meets Saudi Crown Prince in Riyadh - World  - Aaj English TV

Ərdoğan və əş-Şaraa arasında Ankarada gözlənilən görüşün əsas məsələsi şübhəsiz ki, Suriyanın şimal-şərqində PKK/YPG birləşmələrinin olması, eləcə də təhlükəsizlik məsələləri olacaq.

Ankara üçün PKK/YPG/SDQ birləşmələrinin aradan qaldırılması və İŞİD-in yeni təhlükəyə çevrilməsinin qarşısının alınması milli təhlükəsizlik, Dəməşqdəki yeni administrasiya üçün isə ərazi bütövlüyü məsələsidir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR