Onlayn ictimai-siyasi qəzet
Azərbaycan vətəndaşı Bolnisidə hoteldə dünyasını dəyişib.
Regionpress.ge saytı xəbər verir ki, hadisə bu gün səhər baş verib.
Məlumata görə, şəxsin vəziyyəti gecə saatlarında pisləşdiyi üçün qaldığı hotelə təcili yardım çağırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Vəfat edən şəxsin Gürcüstana işləmək üçün getdiyi bildirilir. Onun bədənində zorakılıq əlamətləri aşkarlanmayıb.
Polis şəxsin kimliyinin müəyyən edilməsi məqsədilə Azərbaycanın Gürcüstandakı səfirliyinə sorğu göndərib.
Mərhumun bir azyaşlı övladı olduğu bildirilir.//Lent.az
03 Fevral 2025
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ