İnsanlara hürriyət, millətlərə istiqlal!

Yunanıstanın Kiklad adalarında iki gündə 200 zəlzələ olub

Egey dənizindəki Kiklad arxipelaqı adalarında son iki gündə maksimumu 4,5 maqnitudalı olmaqla 200 zəlzələ baş verib, hakimiyyət bazar ertəsi məktəbləri bağlamaq qərarına gəlib və vətəndaşlara, təşkilatlara üzgüçülük hovuzlarından suyu boşaltmağı tövsiyə edib, çünki bu, tikililərin və binaların yırğalanmasına kömək edir.

Bu barədə Yunanıstanın İqlim Böhranı ilə Mübarizə və Mülki Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, Santorini yaxınlığında seysmik aktivlik azalmaqda davam edir. "Bununla belə son 48 saat ərzində Santorini və Amorqos arasındakı Anidros bölgəsində maqnitudası 4,5 olan 200-dən çox zəlzələ baş verib. Anidros ərazisindəki hazırkı seysmik aktivlik şimal-şərqdən cənub-qərbə doğru yönəlmiş sualtı qırılmalar nəticəsində yaranıb və vulkanik fəaliyyətlə bağlı deyil", - məlumatda deyilir.

Hakimiyyət fevralın 3-də məktəblərin bağlanması və qapalı yerlərdə izdihamın qarşısını almaq da daxil olmaqla qabaqlayıcı tədbirlər təklif edib. Seysmoloqlar həmçinin təhlükəli tikinti konstruksiyalarının sökülməsini, hovuzlardan suyun boşaldılmasını, şəhər və kənd yollarında, xüsusən sürüşməyə meyilli ərazilərdə hərəkət edərkən təhlükəsiz marşrutların seçilməsini, güclü seysmik təkanlar zamanı sahilyanı ərazilərin dərhal boşaldılmasını məsləhət görüblər.\\“Report”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR