Onlayn ictimai-siyasi qəzet
Amerikanın hərbi-sənaye korporasiyası “Lockheed Martin” ABŞ Müdafiə Nazirliyindən "Sentinel" qitələrarası ballistik raketi üçün döyüş başlığının istehsalına görə təxminən 996,2 milyon dollarlıq müqavilə alıb.
Musavat.com xəbər verir ki, bu barədə Pentaqonun hesabatında deyilir.
Layihənin 2039-cu ilin oktyabrında başa çatdırılması planlaşdırılır.
Qeyd olunub ki, 2024-cü ildə Pentaqon tədqiqat, inkişaf və sınaq üçün 26 milyon dollar ayıracaq.
Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi Birləşmiş Ştatların arsenalında olan əsas nüvə bombası "B61"in təkmilləşdirilmiş versiyasını hazırlamaq planlarını açıqlayıb.
Bildirib ki, modernləşdirməni Energetika Nazirliyi yanında ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi həyata keçirəcək.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ