İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Dünyanı QORXUYA SALAN hadisə - PUA-lar aqressivləşdi və...

Ötən həftə İngiltərənin paytaxtı Londonda keçirilən, hava və kosmosdan müdafiə sahəsində gələcək texnologiyaların müzakirə edildiyi yığıncaqda ABŞ ordusunda döyüş təyyarəsinin sınaq pilotu olan polkovnik Taker Hamilton dediyi sözlərlə gündəm olub.

Musavat.com xəbər verir ki, tədbirdə kompüter simulyasiyasında silahlı pilotsuz hava vasitəsinə (PUA) komandanlıq etmək üçün süni zəkaya icazə verdiklərini deyən Hamilton süni intellektin “məqsədinə çatmaq üçün gözlənilməz strategiyalardan istifadə etdiyini” söyləyib.

Polkovnikin sözlərinə görə, simulyasiyada süni intellektə düşmənin hava hücumundan müdafiə sistemlərini məhv etmək əmri verilib, süni intellekt insan operatorun onu əngəlləmək cəhdindən sonra aqressivləşib və mane olmasın deyə operatoru öldürüb. 

Hamiltonun açıqlamasına görə, süni zəka PUA ilə insanlar arasında əlaqəni kəsmək üçün rabitə qülləsini bombalayaraq məhv edib. Təbii ki, bütün bunlar simulyasiyada baş verib və reallıqda heç kim zərər görməyib.

Lakin bu açıqlama ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü Ann Stefanek tərəfindən təkzib edilib. Stefanek bildirib ki, qeyd olunduğu kimi heç bir simulyasiya hadisəsi olmayıb.

Məsələ dünya mətbuatında geniş işıqlandırıldıqdan və  sərt reaksiyalarla üzləşdikdən, həmçinin ordudan verilən açıqlamadan sonra Həmilton da geri addım atıb. Dünən yeni açıqlama verən polkovnik bunun "hipotetik fikir" olduğunu irəli sürüb: "Biz bu təcrübəni nə reallıqda, nə də kompüterdə etmişik".

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR