İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış baş məşqçi ağır xəstəliyə yoluxdu

Şotlandiya yığmasının sabiq baş məşqçisi Corc Burli ağır xəstəliyə yoluxub.

Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə onun vaxtilə formasını geyindiyi İngiltərənin "İpsviç" klubu məlumat yayıb.

Premyer Liqa təmsilçisi mütəxəssisin xərçəng xəstəliyindən müalicə olunduğunu açıqlayıb.

68 yaşlı şotlandiyalı "İpsviç"in əfsanəsi hesab olunur. Keçmiş müdafiəçi 1973-1985-ci illərdə bu klubda çıxış edib və ümumilikdə 500 oyun keçirib. C.Burli həmçinin 1994-2002-ci illərdə "İpsviç"də baş məşqçi kimi də fəaliyyət göstərib.

Qeyd edək ki, mütəxəssis 2008-2009-cu illərdə Şotlandiya millisini çalışdırıb. Ona bu ilin əvvəlində xərçəng diaqnozu qoyulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR