İnsanlara hürriyət, millətlərə istiqlal!

Sverdlovskun qubernatoru Polad Bülbüloğludan üzr istədi

Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu ilə əlaqə saxlayaraq ondan üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Kommersant” yayıb.

Buna səbəb isə, avqustun 7-si Yekaterinburq şəhər dumasının sədri İqor Volodinin sözügedən şəhərdə qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirdə iştirakı ilə bağlı yaranan qalmaqal olub.

Bildirilir ki, Kuyvaşev Polad Bülbüloğludan üzr istəyərək, məsələnin həll olunacağına ümid etdiyini dilə gətirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanın Rusiyadakı səfirliyi bu məsələ ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR