İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada jurnalistlər üçün yay məktəbinə start verilib - Foto

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalistlər üçün yay məktəbi formatında ikigünlük təlimə start verir.

Musavat.com xəbər verir ki, 2 gün davam edəcək təlim biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün təşkil edilib.

Təlimdə Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin, eləcə də İİTKM-in əməkdaşları iştirak edir. Təlimə 30-a yaxın TV və onlayn media nümayəndəsi qatılıb.

Qeyd edək ki, təlim 22 iyul Milli Mətbuat Günü ərəfəsində Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi və bu çərçivədə görülən işlərə töhfə vermək məqsədi ilə mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilir.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR