Onlayn ictimai-siyasi qəzet
Suriya Mülki Müdafiə Dəstəsinin İdarə Heyətinin üzvü Əmmar Əl-Salmo Dəməşqin Seyyidə Zeynəb bölgəsində bir dərman anbarında 20-yə yaxın cəsəd və naməlum qalıqlar tapılmasının detallarnı açıqlayıb.
Musavat.com xəbər verir ki, Suriyanın “Zaman əl-Vəsl” qəzetinin yazdığına görə, Əmmar Al-Salmo açıqlamasında “Biz bu yerdə cəsədlərin, skeletlərin və pis qoxuların olması barədə məlumat aldıq”,-deyə bildirib.
Əmmar Al-Salmo anbardakı gördüyü dəhşəti belə izah edib: “Burada qurbanların sayı 20 nəfərə yaxındır, lakin sümüklər hər yerə səpələnib. Biz bu sümükləri toplamağa və təxmini sayını öyrənməyə çalışacağıq. Bu yer əczaçılıq anbarı olaraq təyin olunub, lakin anbarın içərisində böyük soyuducu var. Bu soyuducuda 2 il və ya il yarım əvvəl ölmüş kimi görünən çürüyən meyitlər və skeletlər var. içərisində cəsədlərin olduğu çantaların üzərində “Hələb” sözü yazılıb və nömrələr var. Biz bu cəsədlərin kimə aid olduğunu bilmirik. Onların kimliyini göstərən hər hansı detalı öyrənməyə çalışacağıq. İndi edə biləcəyimiz bu cəsədləri yaşlarını öyrənmək üçün sənədləşdirmək və daha sonra şəxsiyyətlərini müəyyən etmək üçün DNT testi nümunələri götürməkdir”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ