Onlayn ictimai-siyasi qəzet
Suriyanın keçid dövrünün prezidenti Əhməd aş-Şaraa Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda "Patek Philippe World Time Chronograph 5930-G" saatı ilə görüntülənib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, saatın qiymətinin 87,480 dollar olduğu bildirilir.
Bu addım, Suriyanın ABŞ sanksiyaları və on ildən çox davam edən rejim dəyişikliyi müharibəsi nəticəsində ərzaq, elektrik enerjisi və iş imkanları çatışmazlığı ilə üzləşdiyi ağır iqtisadi böhran dövründə sosial mediada geniş müzakirələrə səbəb olub.
UNICEF-in məlumatına görə, Suriya əhalisinin 90%-i yoxsulluq içində yaşayır.
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ