 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Son günlər Suriyada vəziyyət sakitləşsə də, ermənilər arasında hələ də çoxları Ermənistana köçmək istəyir. 
 
 Musavat.com bildirir ki, bunu Suriyanın Homs şəhərindən Ermənistana köçən Seda Sefetyan dekabrın 17-də Zvartnots beynəlxalq hava limanında yerli jurnalistlərlə söhbətində deyib. Sefetyanın sözlərinə görə, Suriyada hakimiyyətə gələn yeni qüvvələr hər şeyin əvvəlki kimi olacağına söz veriblər. “Lakin biz hələ də gələcək inkişafı gözləyirik”, - o əlavə edib.
Bildirilir ki, dekabrın 17-də Suriya ermənilərinin ikinci qrupu Beyrut-İrəvan reysi ilə Ermənistana gəlib.
İrəvana gələn ermənilərin içərisində PKK-çıların da olması istisna edilmir.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ