İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən ŞOK ETİRAF: “Rusiya ordusu bizdən səkkiz dəfə çoxdur”

Rusiyanın Pokrovska hücumu Ukrayna ordusundakı kritik problemi üzə çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə "Atlantic Council" məlumat yayıb.

Prezident Volodimir Zelenski etiraf edib ki, Pokrovsk sektorunda Ukrayna qüvvələrinin sayı Rusiya qoşunlarından səkkiz dəfə azdır. Bu, üç illik müharibədən sonra insan resurslarının tükənməsinin açıq göstəricisi hesab olunur.

Könüllülərin sayı azalıb, itkilər artıb, səyahət məhdudiyyətlərinin yumşaldılması isə təxminən 100 min gəncin ölkəni tərk etməsinə səbəb olub.

Analitiklər qeyd edirlər ki, “üç ildən artıq qəhrəmancasına müqavimətdən sonra Ukrayna artıq Avropada İkinci Dünya Müharibəsindən bəri ən böyük qarşıdurmanın ön cəbhəsini müdafiə etməkdə çətinlik çəkə bilər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR