İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələbə kartı ilə metroda güzəşt tətbiq olunacaqmı? – “Bakı Metropoliteni”ndən açıqlama

Son günlər sosial şəbəkə platformalarında tələbə kartları vasitəsilə metroda ödəniş sisteminin tətbiq olunmağa başlandığına dair görüntülər yayılıb. Paylaşılan məlumatlarda iddia olunur ki, tələbə kartı sahibləri üçün gedişhaqqında müəyyən güzəştlər nəzərdə tutulacaq və onlar metrodan daha aşağı tariflə istifadə edə biləcəklər.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən News24.az-a bildirilib ki, bu kimi güzəştlərin tətbiq edilməsi metropolitenin səlahiyyətində deyil:

"Müxtəlif sosial qruplar üçün xüsusi güzəştlərin tətbiqi ilə bağlı məsələlərdə “Bakı Metropoliteni” QSC-nin qərar qəbul etmək səlahiyyəti yoxdur və qurum yalnız qərarların icrasını yerinə yetirir. Gələcəkdə belə bir qərar verilərsə, bu qərarın həyata keçirilməsi təmin ediləcək".

Məlumatda vurğulanıb ki, aidiyyəti dövlət qurumları tərəfindən müvafiq qərarların verildiyi təqdirdə sosial güzəştləri nəzədə tutan tarif dərəcələrinin tətbiqi üzrə qayda və mexanizmlər, o cümlədən konkret texniki həllər həmin qurumlarla birgə nəzərdən keçiriləcək və bu barədə ictimaiyyət ətraflı məlumatlandırılacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR