İnsanlara hürriyət, millətlərə istiqlal!

5 ay əsir saxlanıldı - İndi “Qarabağ”ın oyununda hakim olacaq

UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununun hakimi Dmitri Kubriak Rusiya - Ukrayna müharibəsinin iştirakçısı olub.

Musavat.com Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb.

İxtisasca hərbi həkim olan D.Kubriak müharibəyə könüllü qatılıb. Yaralılara kömək edən referi əsir götürülüb. 5 ay saxlanıldıqdan sonra o, rusiyalı əsirlərlə dəyişdirilib. 

Kubriak indi isə Gənclər Liqasında hakimlik üçün Bakıya gəlir. Ona yan xətt hakimləri qismində Vitali Skoblya və Aleksandr Korniyko köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.

Xatırladaq ki, noyabrın 5-də “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 15:00-da başlayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR