 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            “Yolun uzunluğu 44 kilometr təşkil edir. Rusiyanın dəmir yolu sahəsindəki mütəxəssisləri yolu piyada ötüblər. Yolu təqribən iki ilə bərpa etmək mümkündür. Çünki tunellər dağılmayıb, dəmir yolu kompleksi tələb olunur”.
Musavat.com xəbər verir ki, bu barədə diplomatik korpusla Zəngilanda səfərdə olan Rusiya səfiri Mixail Yevdokimov APA-ya açıqlamasında Zəngəzur dəhlizi ilə bağlı suala cavabında bildirib.
“Bu yol Azərbaycanla Ermənistan arasında münasibətləri möhkəmləndirməklə yanaşı, regionda iqtisadi əlaqələrin inkişafına da şərait yaradacaq. Əsas məsələ yolun mümkün qədər tez bərpa olunmasıdır”, - səfir deyib.
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ