 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Xəbər verdiyimiz kimi, Monteneqronun paytaxtı Podqoritsada Türkiyə vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı Yaqub Qurbanov sərbəst buraxılıb.
İTV Y.Qurbanovun sərbəst buraxıldığı anın görüntülərini yayımlayıb.
Videoda həmyerlilərimizin Yaqubu sevinclə qarşılayaraq qucaqlamaqları yer alıb.
Qeyd edək ki, Monteneqro polisinin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub./Milli.az/
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ