 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bu gün azad olunmuş ərazilərə səfər edən xarici diplomatlar heyətinin tərkibində Qarabağda olub.
Musavat.com-un xəbərinə görə, səfir səfərlə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, bu, onun Qarabağa sayca yeddinci səfəridir:
“Bu, mənim azad olunmuş Qarabağa yeddinci səfərimdir. Təəssüratlarım yalnız müsbətdir”.
Yevdokimovun sözlərinə görə, Azərbaycanın azad etdiyi ərazilərdə aparılan bərpa və yenidənqurma işləri diqqətəlayiq səviyyədədir və regionda sülh və sabitlik mühiti formalaşmaqdadır.
Musavat.com xəbər verir ki, Rusiya səfirinin bu bəyanatı Bakı-Moskva münasibətlərinin sürətlə normallaşmasını göstərir.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ