İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin tələbi ilə Moskvada azərbaycanlı mafiya lideri SAXLANILDI

Türkiyənin tələbi əsasında Moskvada azərbaycanlı cinayətkar dəstənin rəhbəri saxlanılıb.

Musavat.com xəbər verir ki, “Əlican Çakır” ləqəbi ilə tanınan Azərbaycan vətəndaşı Əli Gülmalızadənin vəkil Serdar Öktemin qətlində əli olduğu ehtimal edilir.

Türkiyə mətbuatının, o cümlədən “BirGün” nəşrinin məlumatına görə, Öktem İstanbulda avtomobilinə edilən silahlı hücum nəticəsində öldürülüb.

Məlumatda bildirilir ki, “Daltonlar” adlı cinayətkar qrupun liderlərindən biri hesab edilən Gülmalızadə 23 oktyabrda Rusiya polisi tərəfindən, İstanbul Baş Təhlükəsizlik İdarəsinin verdiyi məlumat əsasında keçirilən əməliyyat zamanı tutulub.

Həbs əməliyyatı onun bir qrupla şam yeməyi zamanı həyata keçirilib. Gülmalızadənin üzərində və avtomobilində aparılan axtarış zamanı ona məxsus olduğu bildirilən silah aşkarlanıb.

Hazırda Türkiyə və Rusiya tərəfləri Əli Gülmalızadənin ekstradisiyası ilə bağlı prosedurları davam etdirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR