İnsanlara hürriyət, millətlərə istiqlal!

Surenyants Paşinyanı BELƏ TƏHQİR ETDİ 

“Paşinyan hər sözü ilə həyasızlığın həddi-hüdudunun olmadığını təsdiq edir. O, 44 günlük müharibənin 4-cü ildönümünün yalnız ertəsi günü Yerablurda olub. Lakin o, susmaq əvəzinə yenidən danışdı”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Suren Surenyantsın yazısında yer alıb.

“Ölən erməni əsgərləri bizim üçün yeni imkan yaratdı”, - deyə Paşinyan burada belə bir cümlə işlədib. Deyəsən, revanşist politoloqu özündən çıxaran elə bu sözlər olub.

“Bu səfehin (Paşinyanı nəzərdə tutur - red.) xəstə təxəyyülünə görə, fəlakət gətirən müharibə ermənilərə dövlətlərinə sahib olmaq üçün yeni imkan verib. Eyni məntiqlə Paşinyan 27 sentyabr, 9 noyabrı Ermənistan dövlətçiliyinin bərpası günləri elan etməlidir. Reallıq isə tamamilə əksidir: Paşinyan müharibədən əvvəlki siyasəti ilə savaşı bizim qapıya gətirdi və Ermənistanın subyektivliyinin ləğvinə səbəb oldu”, - deyə Surenyants qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR