İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sazişi ilə bağlı MÜHÜM AÇIQLAMA: yaxın günlərdə...

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, yaxın günlərdə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Ermənistan və Azərbaycan tərəflərinin iştirak edəcəyi görüşün keçirilməsi planlaşdırılır.

Bu görüş digərlərindən fərqlənəcəkmi? Görüşdən nəticə gözləməyə dəyərmi?

Siyasi şərhçi Asif Nərimanlı Musavat.com-a açıqlamasında bildirib ki, Aİ-nin vasitəçiliyi ilə liderlərin növbəti görüşünün təşkilinin iki mümkün hədəfi ola bilər.

15dc280e9741fd4d708eb1ffec16302a.jpg (134 KB)

Siyasi şərhçinin sözlərinə görə, ilk hədəf Rusiyanın vasitəçiliyinə qarşı alternativin daha da gücləndirilməsidir:

"İndiyə qədər Brüssel formatında Qərb Rusiyaya qarşı ciddi alternativ yaratdı, lakin son proseslərdə geri düşməsi riski var. Bunun bir səbəbi Fransanın prosesləri pozan mövqeyidir, digəri Avropa İttifaqı missiyasının Ermənistana gəlişindən sonra Brüsselin neytrallığının şübhə altına düşməsidir. Bu baxımdan Şarl Mişel Brüssel formatını yenidən bərpa etmək istəyir.

İkincisi, Şarl Mişel başda olmaqla Brüsselin ABŞ-ın dəstəyi ilə Fransanın bu proseslərdə önə çıxmasının qarşısını almaqdır. Brüssel formatı başlayanda Vaşinqton da buna dəstək verdi, lakin Aİ-də sədrlik dönəmindən də istifadə edən Fransa geosiyasi güc oyunçu kimi qəbul edilmək məqsədilə prosesdə təşəbbüsü ələ almağa çalışır. Bu, Ermənistanın da istəyinə uyğundur, Praqada keçirilən dördtərəfli görüşün də məqsədi bu idi. Lakin Makronun ermənipərəst mövqeyindən sonra rəsmi Bakı Fransanın vasitəçiliyindən imtina etdi. Buna baxmayaraq, Fransa və Ermənistan prosesin dördtərəfli formatda davam etməsinə çalışır. Aİ-nin Brüssel formatını bərpa etmək istəyinin hədəflərindən biri də Şarl Mişelin hazırladığı masada Makronun başda əyləşməsinin qarşısını almaqdır".

5bbd68d2-9ba2-3b74-b3b5-3d4f0a86bd2d_850.jpg (126 KB)

Asif Nərimanlı vurğulayıb ki, yeni görüş əvvəlki görüşlərdə əldə olunan razılaşmaların nəzərdən keçirilməsi, hansı məsələlərin icra edildiyi, hansıların kənara qoyulduğunun müzakirəsi üzərində qurulacaq:

"Mümkündür ki, sülh mətninin üzərində işin davam etdirilməsi razılaşdırılacaq. Hərçənd, görüşün praktiki olaraq nəticə verə biləcəyi ehtimalı yenə azdır. Çünki bölgədə Rusiya faktoru var və Moskva da vasitəçilik missiyasından əl çəkmək istəmir. Belə bir məqamda razılaşmaların praktiki nəticələrinin olacağı gözləntisi də azdır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR