İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkilər müasir dövrün tələblərinə uyğun keçirilib

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasının ilk iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edib.

Musavat.com-un məlumatına görə, MSK sədri bildirib ki, Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçib, səsvermə günü bütün proseslər şəffaf şəkildə reallaşıb.

M.Pənahov qeyd edib ki, seçkilərlə bağlı səsvermə günü heç bir beynəlxalq müşahidəçidən MSK-ya hər hansı pozuntu ilə əlaqədar müraciət daxil olmayıb.

MSK sədri əlavə edib ki, Azərbaycanda seçkilər günü min məntəqədə vebkameralar vasitəsilə seçkilərin bütün dünyadan izlənilməsinə imkan yaradılıb: 

“Seçkilər müasir dövrün tələblərinə uyğun keçirilib”.

M.Pənahov xatırladıb ki, seçki məntəqələrində kameraların quraşdırılması ilə bağlı tapşırığı dövlət başçısı verib. MSK sədri deputatları təbrik edib, onlara uğurlar arzuladıqdan sonra deputat vəsiqələrini bir-bir təqdim edib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR