İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Məhəmməd peyğəmbər “sevgisi” – Bəs dağıdılan məscidlər, qızıl dişləri çıxarılan meyitlər...

Bədnam qonşularımızın – köçmən ermənilərin tarix boyu bizə o qədər pislikləri, namərdlikləri keçib ki, onların bəzi xırda yaxşı əməlinə də inanmaq olmur. Necə deyərlər, adın çıxınca canın çıxsa yaxşıdır.

Haylar üstəlik, dünyanın ən saxtakar, ən yalançı, ən lovğa və başından yekə iddialarla yaşayan toplumu kimi tanınır. Sadalanan “özəllikləri”n hamısını “üst-üstə” gələndə bir daha əmin olursan ki, “Qafqaz qaraçıları”nın ipinin üstünə əsla odun yığmaq, kürəyinə onlara çevirmək olmaz....

Gələk mətləbə.

Belə xəbər yayılıb ki, Cəbrayılın Sirik kəndində Fatimə Çələbi Alı Çələbi qızına aid heykəl ermənilərin Qarabağda işğal zamanı dağıtmadığı tək-tük abidələrdəndir. Heykəlin görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Peyğəmbər (ə) nəslindən olduğu iddia edilən Fatimə Çələbiyə guya ermənilərin də hörmət elədiyi bildirilir. Heykələ məhz bu səbəbə toxunulmadığı söylənilir.

Amma gəl ki, nə ağla batır, nə də normal məntiqə sığır. Adamın inanmağı gəlmir ki, işğal altında olan Azərbaycan-Türk adına hansısa mədəni-tarixi abidəyə, irsə erməni vandalların hansısa pisliyi keçməsin. Bu bizim tanıdığımız qəbilədirsə, şəkk eləməmək mümkünsüz.

Yaxşı, bəs işğal dövründə viran edilən onlarla məscid? Allahdan qorxan, onun peyğəmbərlərinə hörmət edən toplum da “Allah evləri”ni xaraba qoya, orada inək, donuz saxlayar? Hələ biz dağıdılan qəbiristanlıqları, qəbirlərdəki meyitlərin qızıl dişlərinin çıxarılmasını demirik...

DONUZ.jpeg (48 KB)

Demək, ayrı səbəb var. Məsələn, bəllidir ki, vandal qonşular Qarabağda 67 məsciddən cəmi ikisinə toxunmayıblar. Bu da sırf hərbi məqsədlə bağlı olub. Onlardan biri qismən dağıdılmış Ağdam məscididir. Ağdamın özünü yerlə-yeksan edən ermənilər həmin ibadət məkanını da yalnız o səbəbə saxlayıblar ki, bir növ ərazidə ondan oriyentir kimi, səmti müəyyənləşdirmək üçün yararlansınlar.

Yəni ki, əgər Azərbaycan Ordusu həmin istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq koordinatlarını verə bilsinlər. Yoxsa nə peyğəmbər sevgisi, nə Allah xofu? Allahdan qorxan, O-na və O-nun peyğəmbərlərinə sayğısı olanlar Xocalı, Meşəli, Başlıbel soyqırımlarını, bəşəriyyət əleyhinə digər vəhşilikləri, hərbi cinayətləri törədər, uşağa, qadına, qocaya baxmadan Məhəmməd ümmətini qətliam edərmi?..

Əlbəttə, az-çox ağıllı, məntiqli düşünən, Türkə xroniki nifrəti yanlış sayan dürüst ermənilər də var. Amma əfsus ki, çox azdırlar. O qədər az ki, ictimai fikrə faktiki təsirləri yoxdur. Əksəriyyət isə hələ də “miatsum”, “böyük ermənistan” idealları ilə yaşayan xəstə təfəkkürün daşıyıcısı.

Odur ki, heç ola bilməz ki, işğalçılar Cəbrayıldakı Fatimə Çələbi Alı Çələbi qızına aid heykələ sırf humanizm prinsipinə görə dəyməsinlər. Başqa motiv olmalı – ermənilərə, onların genotipinə yaraşan bir motiv.

Zira, erməni və humanizm - antaqonist anlayışlar. İşğal etdikləri şəhər və kəndlərimizə öz dillərində eybəcər adlar qoyan (hələ də o adlardan imtina etməyiblər!) işğalçı millət hansı məntiqlə ərazinin Azərbaycana məxsusluğuna dəlalət edən mədəniyyət abidəsinə zərər yetirməməli idilər? Təkrar edirik, ayrı motiv olmalı...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR