Onlayn ictimai-siyasi qəzet
“Helen” qasırğası Floridada 50-dən çox insanın ölümünə səbəb olduqdan sonra qonşu Şimali Karolina və Tennessi ştatlarına keçib.
Musavat.com BBC-yə istinadla xəbər verir ki, Şimali Karolina ştatının Eşvil dağ şəhəri şənbə günü daşqın səbəbindən, demək olar ki, dünyadan təcrid olunub. Ştatda təbii fəlakət nəticəsində 10 nəfər ölüb, 400-dən çox yol bağlı qalıb.
Ştat qubernatoru Roy Kuperin sözlərinə görə, Eşvil sakinlərinə ərzaq çatdırılması hava yolu ilə həyata keçirilir.
Şimali Karolina səlahiyyətliləri tərəfindən qasırğadan dəyən ziyan artıq 95-110 milyard dollar qiymətləndirilir. Qubernator Kuper bunu "müasir Şimali Karolina tarixindəki ən pis fırtınalardan biri" adlandırıb.
Florida və Corciya da daxil olmaqla altı ştatda federal fövqəladə vəziyyət elan edilib, axtarış-xilasetmə işləri davam edir.
"Helen qasırğasından gördüyümüz dağıntılar çox böyükdür" - prezident Co Bayden bildirib.
Eyni zamanda, Milli Okean və Atmosfer Administrasiyasının meteoroloqları 2024-cü ildə 25-ə qədər şiddətli fırtına ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Bu fırtınaların 8-dən 13-ə qədəri qasırğaya çevrilə bilər. Bildirilir ki, qasırğa mövsümü noyabrın sonundan tez bitməyəcək.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ