Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentliyinə keçmiş namizəd kiçik Robert Kennedi Demokratların namizədi, vitse-prezident Kamala Harrisin qələbəsi halında ölkədə senzuranın sərtləşəcəyini və söz azadlığının pozulacağını iddia edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o bu iddiasını Vaşinqtonun mərkəzində Trampın təbliğatına həsr olunmuş mitinqdə çıxışı zamanı səsləndirib.
“Hillari Klinton (ABŞ-ın keçmiş dövlət katibi, 2016-cı il Demokratik prezidentliyə namizəd), Tim Vals (ABŞ vitse-prezidentliyinə namizəd) və Kamala Harris eyni şeyi deyirlər. Onlar deyirlər ki, Demokratlar Oval Ofisə qayıtsalar, dezinformasiya və yalan məlumatı senzura edəcəklər. Demokratlara görə söz azadlığı hüquq deyil, imtiyazdır”,-deyə o bildirib.
Qeyd edək ki, Kiçik Kennedi Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın komandasında yer alır. Onun bu mövqeyi ABŞ-da təəccüb doğrurur. Robert Kennedinin əmisi, sabiq prezident Con Kennedi və atası, keçmiş ədliyyə naziri Robert Kennedi vaxtilə şübhəli sui-qəsdlərə qurban getmiş Demokrat partiyalı siyasətçilərdir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ