İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bir-birimizə uyğun olmamışıq” - Çinarədən Əlibəyə - VİDEO

Müğənni Çinarə Məlikzadə keçmiş həyat yoldaşı, aktyor Əlibəy Məmmədli ilə münasibətlərindən söz açıb.

Bu haqda sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb.

Çinarə bildirib ki, qarşı tərəfə olan hissləri bitib:

“Düşünürəm ki, yəqin ki onu o dönəmlər sevmişəm. Mən həyatımda bir dəfə sevmişəm və ailə qurmuşam. Ondan sonra sevməmişəm. Artıq hisslər də o məsələ də bitib. Təbii ki, bitib. Bağ zamanla qopur. Amma bitir… Mən realist insanam. Ayrılıq varsa, sevgi də bitir. Bu hisslər qala bilməz”.

Ç.Məlikzadə Ə.Məmmədli ilə düşmən mövqeyində olmadığını söyləyib:

“Biz düşmən kimi ayrılmamışıq. Biz insan kimi evlənmişik, insan kimi də ayrılmışıq. Aramızda hörmət var. Düşmən münasibətimiz yoxdur. Boşanmağımızın səbəbi ikimizin də bəzi məsələlərdə səhvlərimizin olmağıdır. Demək ki, ikimizində günahı olub ki, ayrılmışıq. Alınmayıb. Bir-birimizə uyğun olmamışıq”.

Qeyd edək ki, Ə.Məmmədli son müsahibəsində bildirib ki, iki il əvvəl ailə qurub və onun bu evlilikdən bir oğlan övladı dünyaya gəlib. (olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR