İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobusdan istifadə edənlər üçün ŞAD XƏBƏR - Bu tarixdən...

Elektrikli avtobuslar, ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrinə dayanıqlı alternativ kimi son illərdə geniş yayılmağa başlayıb. Avtobuslar tamamilə elektrik enerjisi ilə işləyir, bu da onları ətraf mühitə zərər verməyən və karbon emissiyasını azaldan nəqliyyat vasitələri halına gətirir.

BAKU.WS-in məlumatına görə, şəhər nəqliyyat sistemlərinin dayanıqlılığını artırmaq və ekoloji problemlərin qarşısını almaq üçün elektrikli avtobuslar dünyada bir çox şəhərdə populyarlaşıb. Eyni zamanda, bu texnologiya daha aşağı əməliyyat xərcləri və enerji səmərəliliyi ilə də diqqət çəkir.

Çinin "BYD" şirkəti ilə əməkdaşlıq çərçivəsində elektrik mühərrikli avtobusların Bakıya gətirilməsi də başlayıb. Avtobusların ilk partiyası artıq Bakı şəhərinə çatıb. Şirkət ilə əməkdaşlıq çərçivəsində ümumi 160 yeni elektrik mühərrikli avtobusun alınaraq Bakıda sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulub. Avtobusların 2024-cü il oktyabrın 31-dək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.

Mövu ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev BAKU.WS-ə bildirdi ki, avtobus parkının yenilənməsinə yalnız sevinmək olar və bu günə qədər olmuş trenddə yeni bir trend qoşulur: "Buna qədər təbii sıxılmış, qazla işləyən avtobusları biz görürdüksə, indi elektriklə işləyən avtobuslar ekologiyaya minimum təsiri olan bir növlərdən sayılır. Düşünürəm ki, bu avtobus daşımalarında müsbət bir tendensiyadır. Davamı gəlməsini arzu və istəyi ifadə etmək istərdim. Fikrimcə, bu növ işlər nəinki Bakıda, ümumi olaraq, regionların da, avtobus parkının yenilənməsində daha vacibdir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR