İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Livana qoşun göndərməyəcək

“İranın şiə Hizbullah hərəkatına kömək etmək üçün qoşun göndərmək planı yoxdur”.

Musavat.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.

“Livan və Fələstin də daxil olmaqla Yaxın Şərq regionunun hökumətləri, ölkələri və bütün xalqları sionist rejimin təcavüzündən qorunmaq üçün bütün lazımi imkanlara malikdirlər. Livan bu işğal rejimini məğlub etməyə qadir olduğunu sübut etdi. İran İslam Respublikasının könüllülər və ya yardımçı qüvvələr göndərməsinə ehtiyac yoxdur”, - deyə Kənani bildirib.

Xatırladaq ki, İsrail ordusunun Livanın paytaxtı Beyrut şəhərinin cənub məhəllələrini bombalaması nəticəsində Hizbullah lideri Həsən Nəsrullah ölüb. İsrail mediasının yazdığına görə, hərbi aviasiya Beyrutun əsasən şiələr yaşayan, Hizbullahın nəzarətində olan Dahiyə rayonunda çoxmərtəbəli yaşayış binaları və yeraltı sığınacağı bombalaması nəticəsində bir çox Hizbullah komandiri, o cümlədən, təşkilatın icraiyyə şurasının sədri Seyid Haşim Səfiəddin, cənub komandiri Əli Kərəki, eləcə də Sepahın Livandakı qüvvələrinin komandiri məhv edilib. Bundan əvvəl Sepahın Qüds qüvvələrinin komandiri general İsmayıl Qaaninin öldürülməsi xəbəri yayılsa da, sonradan bu xəbər təsdiqlənmədi.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR