İnsanlara hürriyət, millətlərə istiqlal!

Stokholmda Türkiyə əleyhinə etirazlar - İsveç müdafiə nazirinin səfərinin ləğvi

Türkiyə hakimiyyəti İsveçin müdafiə naziri Pol Consonun yanvarın 27-nə planlaşdırılan səfərini Türkiyə əleyhinə çıxışlara görə ləğv edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Almaniyanın Ramşteyn şəhərində Qərb müdafiə nazirlərinin toplantısına qatılan Türkiyənin milli müdafiə naziri Hulusi Akar  deyib ki, Stokholmda Türkiyə əleyhinə çıxışlar fonunda "Consonun səfərinin əhəmiyyəti və mənasının artıq əhəmiyyət kəsb etmir: "Bu səbəbdən səfər ləğv edilib”.

Türkiyə İsveç parlamentinin sədri Andreas Norlenin gələn həftəyə planlaşdırılan Ankara səfərini də ləğv edib, prezident Rəcəb Tayyib Ərdoğanın vəkilləri isə cümə günü Stokholmdakı etirazçılara qarşı iddia qaldırıb.

Bundan əvvəl Türkiyə İsveç səfirini kürd yarımhərbi qruplaşması PKK və onun tərəfdarlarının Stokholmda keçirilən etiraz aksiyası zamanı Türkiyə prezidentinin rəsmini asmasından sonra çağırıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR