İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Türkiyə üstünlük qazanır, Avropa ikiyə bölünür - Balansı dəyişən hadisə

Rusiya qazından asılı olan Avropa ən sərt qışa hazırlaşır. Bir çox ölkənin fövqəladə hallar planını müzakirə etdiyi bir vaxtda Rusiya liderindən diqqətçəkən Türkiyə təklifi gəlmişdi. Rusiyanın Türkiyə üzərindən Avropaya qaz satmağa hazır olduğunu vurğulayan Putin Türkiyədə Avropa üçün böyük təbii qaz mərkəzi yaradıla biləcəyini demişdi.

Musavat.com xəbər verir ki, dünən Rusiya mətbuatında diqqətçəkən Türkiyə təhlili yayınlanıb. Ölkə mətbuatında çıxan xəbərlərdə sözügedən layihənin reallaşacağı təqdirdə Avropa İttifaqının (AB) enerji bazarının köklü şəkildə dəyişəcəyi bildirilir.

“TÜRKİYƏ REAL ÜSTÜNLÜK QAZANACAQ”

Xəbərdə layihənin reallaşacağı təqdirdə Türkiyənin ciddi üstünlük qazanacağı vurğulanıb.

Rusiya mətbuatında yer alan bu xəbər Yunanıstanda günün mövzusuna çevrilib.

“IN.gr”nin xəbərində “Türkiyənin Avropanın enerji xəritəsini dəyişməsi gözlənilir” şərhi yer alıb. Sözügedən layihənin Avropadakı balansları dəyişdirəcəyi vurğulanan xəbərdə deyilir:

“İqtisadiyyatı Rusiya ilə qaz əməkdaşlığına əsaslanan Almaniya başda olmaqla bütün ölkələr itkilərə məruz qalacaq. Əvəzində Türkiyə, Cənub-Şərqi Avropa və Balkanlar Rusiyadan daha ucuz təbii qazla real rəqabət üstünlüyü əldə edəcəklər”.

“AVROPA İKİYƏ BÖLÜNÜR…”

Rusiya və Yunanıstan mətbuatı bu ssenari üçün “Rusiya və Türkiyə Avropanı ikiyə böləcək” şərhini verib.

Putinin təklifinə cavab olaraq Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bu açıqlamanı vermişdi: “Əlbəttə, Trakya bu iş üçün ən əhəmiyyətli yer kimi görünür. Biz cənab Putinlə birlikdə Energetika və Təbii Sərvətlər Nazirliyimizə və Rusiya tərəfinin müvafiq qurumuna birgə işləməyi tapşırdıq. Orada bu işi görəcəklər. Harada ən uyğun yer olsa, bu paylama mərkəzini orada quracağıq”.

Xatırladaq ki, Rusiyanın dövlət enerji şirkəti "Qazprom" aprel ayında tədarük etdiyi qaza görə rublla ödəniş etməkdən imtina edən “GasTerra”ya təbii qaz axınını dayandıracağını açıqlamışdı. “GasTerra” isə açıqlama verərək, “Qazprom”un rublla ödəniş tələbini yerinə yetirməyəcəyini bildirmişdi.

Şirkət bundan əvvəl rublla ödəniş etməkdən imtina edən Finlandiyaya qaz nəqlini də kəsmişdi.

PUTİNİN SİYAHISINDA HANSI ÖLKƏLƏR VAR?

Ötən ay Putinin imzaladığı fərmanla "dost olmayan ölkələr"in siyahısı rəsmiləşib.

Rusiya hökumətinin açıqladığı siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib.

Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR