İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Azərbaycanla Ermənistan bu məsələdə razılaşdı

Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətninin təqribən 80 faizinin razılaşdırıb. Bununla bağlı Prezident İlham Əliyev ötən həftə İtaliyaya baş tutan səfəri zamanı çıxışında deyib. Ölkə başçısının sözlərinə görə, Cənubi Qafqazda sülhə nail oluna bilər və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu, mümkündür.

İki ölkə arasında əldə olunmuş razılıqları ilə bağlı Yenisabah.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfiqarov bildirib ki, müxtəlif mövzularla bağlı danışıqlar və humanitar məsələlərin müzakirəsi nəzərdə tutulur:

“Bunu dəqiq demək çətindir, amma sülhlə bağlı bəzi bəndlər var ki, həmin məsələlərlə bağlı razılıq əldə olunub. Hər iki tərəf gələcəkdə görüləcək işlərlə bağlı ümumi mövzularda danışıqlar aparır. Məsələn, kommunikasiyaların bərpasının bu və digər şəkildə müzakirəsi hökumət başçılarının müavinləri səviyyəsində davam edəcək. Digərləri də buna bənzərdir. Yaxud sərhəddin delimitasiyası və tam dəqiq müəyyən edilməsi istiqamətində işlər görüləcək. İstinsa etmirəm ki, bəzi humanitar məsələlərlə bağlı da müzakirələr olunmalıdır. Misal üçün, bu münaqişənin yaranması və siyasi məsuliyyət məsələsi və kompenasiya məsələsinin tam müəyyənləşdirilməsi və s. Digər tərəfdən itkin düşmüş insanların taleyi barədə qarşılıqlı məlumat mübadiləsi, minalanmış ərazilərin təmzilənməsi məsələsi də müzakirə olunmalı mövzular arasındadır. Bütün bu nüanslarla bağlı razılığın əldə olunması olduqca vacibdir”.

Tofiq Zülfiqarov Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə gətirməli olduğunu diqqətə çatdırıb:

“İstisna etmirəm ki, hazırda əsas ciddi məsələ Ermənistan konstitusiyası ilə bağlıdır. Görünür, Ermənistan öhdəlik götürmək istəmir. Hazırda əldə olunan razılıq prinsiplər və çərçivə sazişidir. Orada hansısa məsələlərin həll olunması nəzərdə tutulmur. Bu sadəcə gələcək sülh prosesinin istiqamətləri və danışıqların hansı formada davam etməsi barədə fikirlərdən ibarədir. Amma ilk növbədə İrəvan konstitusiya və qanunvericiliyin dəyişdirilməsi öhdəliyini öz üzərinə götürməlidir. Daha sonra qarşılıqlı ərazi bütövlüyünün tanınması və bir-birinin daxili işlərinə qarışmaması ilə bağlı təminat verilməlidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR