Misli Premyer Liqasında 9-cu tura yekun vurulur.
Birinci dövrənin son matçında "Neftçi" hazırda doğma divarlar arasında "Qarabağ"ı qəbul edir.
Məlumata görə, "Neftçi Arena"da keçirilən matç başlar-başlamaz, "Forza Neftçi" azarkeş qrupunun üzvləri stadionu tərk ediblər.
Belə ki, polis əməkdaşlarının azarkeşlərə pankart açmağa icazə verməməsi onların narazılığına səbəb olub və fanatlar tribunaları tərk ediblər.
Bu barədə məlumatı Offsideplus.az-a açıqlamasında "ağ-qaralar"ın mətbuat katibi Emin Əfəndi verib.
ŞƏRHLƏRŞƏRH YAZ