İnsanlara hürriyət, millətlərə istiqlal!

Smartfon işlədənlər OXUSUN: Məlumatlarınız və pullarınız belə oğurlanır

Texnobloger Fərid Pərdəşünas bildirib ki, son dərəcə təhlükəli kiber müdaxilə var. Vətəndaşların smartfonlarına daxil olaraq, bank hesablarından pulların çəkilməsi ilə bağlı şikayətlər artır. Onun sözlərinə görə, araşdırma və ilkin dəyərləndirmələr göstərir ki, bu hücum növü ilə birbaşa smartfona müdaxilə olunur.

“Bu, dələduzluq aktı deyil, kiber müdaxilədir. Smartfona quraşdırdığınız kənar tətbiqlər - “.apk” faylları vasitəsilə bu müdaxilələrin olduğu ilkin ehtimaldır.

Vətəndaşlar ilkin olaraq telefonlarının söndüyünü, servisə aparıb, düzəltdikdən sonra isə bank hesablarında olan vəsaitlərin hamısının çəkildiyindən şikayətlənirlər. Qorunma üçün smartfonlarınıza kənar “.apk” faylları yükləməkdən çəkinin”, - Fərid Pərdəşünas bildirib.

Maraqlıdır, smartfonlara necə daxil olunur? Bunun mexanizmi necədir?

ELVİN SOM.jpeg (30 KB)

Mövzu ilə bağlı Musavat.com-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, smartfonlara daxil olmağın bir neçə üsulu var:

“Dövrümüzdə ən çox istifadə olunan yöntəmlər QR kod, kənardan “.apk” yükləmək və buna bənzər yöntəmlərlə mümkündür.

Bu yöntəmlər ən cox android telefonlar üçün istifadə olunur. Whatsap plus, Instagram statusu yükləmək və bu kimi cox yayılmış “.apk”lar içərisində zərərli kodlar olur və həmin bənzəri”. apk”ları istifadəçi yükləyərkən ona root səviyyəsində icazələr verir. Bu səbəbdən də hakerlər istifadəçilərin smarfonlarını ələ keçirə bilir.

Digər bir üsul isə istifadəçilərə şirnikləndirici vədlər verərək, onları linklərə keçid etməyə məcbur etməklə həyata keçirilir. Bu vasitə ilə istifadəçinin şəxsi məlumatları alınır. Bu məlumatlara şəxsiyyət vəsiqəsi, bank kartları və s daxildir.

İOS cihazları android cihazlarına nisbətdə təhlükəsiz olsa da, bəzi üsullar vasitəsi ilə onlarda da mümkündür. Bu üsullar “Jailbreaking” və “Zero-Day”, “İcloud” zəiflikləri ilə bağlıdır.

“Jailbreaking” cihazın məhtudiyyətlərini aradan qaldırmaq üçün istifdə olunan üsuldur. Cihazın əməliyyat sisteminə tam nəzarəti ələ keçirməyə imkan verir və təhlükəsizlik sistemlərini zəiflədə bilir.

Başqa bir varinat isə “İcloud” hesabları üzərindən iki faktorlu (2 FA) intentifikasiya olmadıqda mümkündür. Bu üsulla hakerlər “İcloud” hesabına daxil olaraq cihazın ehtiyat nüsxələrini ələ keçirə bilərlər”.

Ekspert bildirib ki, vətəndaşlar bu kimi kiber müdaxilələrdən qorunmaq üçün kənardan proqram yükləməməlidir:

“Hər hansı bir səbəbdən yükləsələr belə, onların təhlükəsizliyini link, “.apk” və ya hər hansı bir fayl olmasından asılı olmayaraq, virustotal və bənzər saytlarda yoxlasınlar”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR