İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İranla müharibəyə belə HAZIRLAŞIR - VİDEO

İranın nüvə proqramı ətrafında artan gərginlik fonunda İsrail Hərbi Hava Qüvvələri ölkə hərbi bazalarına raket hücumlarını imitasiya edən hərbi təlimlər keçirib. Xatırladaq ki, bu bazalar 2024-cü ilin aprel və oktyabr aylarında İranın hücumlarına məruz qalmışdı.

Təlimlərin məqsədi ABŞ və İran arasında nüvə proqramı üzrə danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə, İsrailin hərbi hazırlığını artırmaqdır.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin "KAN" telekanalı məlumat yayıb.

Ötən həftə "The New York Times" qəzetində dərc olunan məqaləyə əsasən, ABŞ və İsrailin İrana qarşı planlaşdırdığı hücumlarla bağlı hazırlıqlar dayandırılıb.

İddialara görə, bu qərarın arxasında ABŞ prezidenti Donald Tramp dayanır. İsrail rəsmiləri bu xəbəri gözlənilməz sayaraq, Vaşinqtonun Tehrana təzyiq göstərmək üçün belə bir informasiya sızdırdığını hesab ediblər.

"The Times of Israel" onlayn nəşrinin xatırlatmasına görə, ABŞ və İran arasında danışıqların ikinci raundu bu şənbə, 19 aprel tarixində baş tutub. Görüşdən sonra tərəflər “ədalətli və uzunmüddətli razılaşmaya doğru irəliləməyə” razılaşıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR